Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2022 10:54
Azərbaycan Hərbi Hava Qüvvələrinin sabiq komandan müavini, Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı, polkovnik Mayis Orucəliyev dəfn edilib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, uzun sürən xəstəlikdən sonra Türkiyədə dünyasını dəyişən hərbçinin cənazəsi ötən gün axşam saatlarında vətənə gətirilib.
Mərhum doğulduğu Biləsuvar rayonunun İsmətli kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Orucəliyev Mayis Mirzəyar oğlu 1972-ci ildə anadan olub. Birinci Qarabağ və Vətən müharibəsində iştirak edib.
Prezident İlham Əliyevin sərəncamı ilə Vətən müharibəsində Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə "Qarabağ" ordeni ilə təltif edilib.
Bundan başqa, o, "Füzulinin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunub.
Bir ildən çox idi ki, ehtiyata çıxmışdı.