Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kiprdə nazir silsilə qətllərlə görə istefa verdi

Kiprdə nazir silsilə qətllərlə görə istefa verdi

Tarix: 2 May 2019 16:32

Bakı. Trend:

Kiprin ədliyyə və ictimai asayiş naziri İonas Nikolau ölkədə baş vermiş silsilə qətllərlə əlaqədar istefa verib.

Trend-in məlumatına görə, ölkə prezidenti nazirin istefasını qəbul edib.

Qeyd olunur ki, istefaya səbəb polis orqanlarının cinayətlərin araşdırılmasında səhlənkarlığı olub.

Bir müddət əvvəl Kiprdə 5 qadın və 2 uşağın qətlində ittiham edilən hərbçi həbs olunub. Qurbanların yaxınları bildirib ki, uzun müddət polislər həmin şəxslərin itməsi ilə bağlı heç bir tədbir görməyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Kiprdə nazir silsilə qətllərlə görə istefa verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ