Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2022 15:28
Gələn həftə ukraynalılar üçün çox çətin ola bilər, çünki Rusiya enerji obyektlərinə qarşı teraktlar planlaşdırır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ukraynanın "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Araxamiya deyib.
"Biz hazırlaşırıq. Hər kəsi özünün və ailəsinin qayğısına qalmağa çağırırıq. Su, uzunmüddətli yemək tədarük edin, telefonları doldurun, ən yaxın sığınacağın harada olduğunu öyrənin", - Araxamiya bildirib.