Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həbsdə olan generalın səhhəti pisləşdi

Həbsdə olan generalın səhhəti pisləşdi

Tarix: 29 Noyabr 2022 09:58

Bu ilin martında həbs edilən general-mayor Nizami Məmmədovun səhhəti pisləşib.

Bu barədə onun vəkili Rəşad Mirmehdizadə məlumat verib.

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi olan N.Məmmədov dünən saxlanıldığı təcridxanadan Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb. Onun ürək-damar sistemində problemlər olduğu bildirilir.

Qeyd edək ki, N.Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılıb. 50 yaşlı general doqquz aydır ki, həbsdədir. O, 80 milyon manatdan çox pulu mənimsəməkdə təqsirləndirilir.

Milli.Az


Etiketlər:  Həbsdə olan generalın səhhəti pisləşdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ