Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu kəndi iki hissəyə ayıran çayın üzərində körpü yoxdur - VİDEO

Bu kəndi iki hissəyə ayıran çayın üzərində körpü yoxdur - VİDEO

Tarix: 2 Dekabr 2022 16:38

İsmayıllı rayonunun Zeyvə kəndindən keçən çayın üzərində körpü tikintisinə ciddi ehtiyac var. Çünki körpüsü olmayan çayı keçmək sakinlər üçün əsl problemə və ciddi təhlükəyə çevrilir.

Valideynləri müşayiət etməsə uşaqlar da məktəbə gedə bilmirlər.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, kəndin yolu çaydan keçdiyindən, üstəlik, çayın körpüsü olmadığından 400-ə yaxın ailə çətinlik yaşayır.

Kəndin ərazisindən axan Basqal çayı yaşayış məntəqəsini iki hisəyə ayırır. Çayın üzərində körpü olmadığından sakinlər kəndin bir tərəfindən digər tərəfinə çətinliklə keçirlər. Xüsusilə də uşaqlar çayı valideynsiz keçə bilmirlər.

Çaya gələn sel təsərrüfatlara da ziyan vurur. Körpünün olmaması səbəbindən çaydan keçən heyvanları sel aparır.

İsmayıllı Rayon İcra Hakimiyyətində də məsələdən xəbərdardırlar. Qurumdan bildirildi ki, problemlə bağlı aidiyyəti üzrə müraciət edilib. Vəsait ayrılan kimi körpünün tikintisinə başlanacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Etiketlər:  kəndi hissəyə ayıran çayın üzərində körpü yoxdur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ