Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu

“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu

Tarix: 2 Dekabr 2022 22:54

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura start verilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Lider "Qarabağ" səfərdə əzəli rəqibi "Neftçi" ilə üz-üzə gəlib. Azərbaycan derbisini Elçin Məsiyevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Ağdam təmsilçisi səfərdə 4 cavabsız qolla qalib gəlib.

Bu turun "Qəbələ" - "Səbail" və "Sabah" - "Şamaxı" oyunları dekabrın 3-də, "Kəpəz" - "Sumqayıt" və "Zirə"- "Turan Tovuz" görüşləri isə ayın 4-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
16-cı tur
2 dekabr

"Neftçi" - "Qarabağ" 0:4
Qol: K.Borges, 37; 83. A.Zubir, 60. R.Şeydayev, 67.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ömər Paşayev.

Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval.

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 91. Ağadadaş Salyanski, 92. Ömər Qurbanov, 3. Mamadu Mbodj, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato.
Baş məşqçi: Laurentsiu Regekampf.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 7. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 20. Kadi Borges, 11. Kvabena Ovusu.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 6. Julio Romao.
Baş məşqçi: Qurban Qurbanov.

Milli.Az


Etiketlər:  Neftçi Qarabağa böyük hesabla uduzdu


RƏYLƏR