Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Trikuspidal stenoz

Trikuspidal stenoz

Tarix: 4 Dekabr 2022 04:06

Xəstəlik ən çox qadınlarda rast gəlinir. Trikuspinal stenoz çox zaman revmatik mənşəli olur və adətən ürəyin konbinəedilmiş revmatik qüsurlarının komponentlərindən birini təşkil edir. Çox hallarda mitral stenoz və ya aortal stenozla birlikdə təsadüf edilir.
Xəstəlik zamanı xəstələrdə əsasən ürək artımının kəskin enməsi ilə əlaqədar olaraq yorğunluq, zəiflik, fiziki iş zamanı bayılmalar müşahidə oluna bilir. Obyektiv müayinədə dərini sianozluğu və sarımtıl rəngdə olması, boyun venalarının şişməsi diqqəti cəlb edir. Periferik ödemlər, sağ tərəfli hidrotoraks, assit və böyük qan dövranında venoz durğunluğun olması xəstəliyin əsas əlamətlərindən biridir.
Xəstəlik zamanı ürəyin nisbi kütlüyünün sərhədləri kəskin surətdə sağa böyüyür. Lakin sağ mədəciyin hipertrofiya əlamətləri yalnız trikuspidal stenozun ürək çatışmazlığı və ya ürəyin digər qüsurları zamanı müşahidə olunur.
Trikuspidal stenozun əsas auskultativ əlaməti diastolik küydür. Bu zaman diastolik küy V qabırğaarası sahədə, döş sümüyünun sol kənarında, bəzən isə xəncərəbənzər çıxıntının üzərində eşidilir.
Xəstəliyə diaqnozun qoyulmasında EXO kardioqrafiyanın, EKQ-nin və auskultasiyanın nəticələri əsas götürülür.

Milli.Az


Etiketlər:  Trikuspidal stenoz


RƏYLƏR