Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan XİN başçısının Rusiyaya işgüzar səfəri başlayıb

Azərbaycan XİN başçısının Rusiyaya işgüzar səfəri başlayıb

Tarix: 5 Dekabr 2022 11:24

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya işgüzar səfəri başlayıb.

Sonxeber.net bildirir ki, C.Bayramov ilk öncə Aleksandr Bağında "Naməlum əsgər"in məzarı önünə əklil qoyub.

Daha sonra Azərbaycan XİN başçısı rusiyalı həmkarı Sergey Lavrovla görüşmək üçün Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evinə yollanıb.

Qeyd edək ki, bu gün Azərbaycan və Rusiya XİN başçıları arasında ikitərəfli görüş keçiriləcək. Rusiya XİN-in 4 oktyabr tarixində C.Bayramovun işgüzar səfəri ilə bağlı yaydığı məlumatda bildirilib ki, XİN başçılarının görüşündə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.


Etiketlər:  Azərbaycan XİN başçısının Rusiyaya işgüzar səfəri başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ