Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2022 22:10
Futbol üzrə üçqat dünya çempionu, Braziliya millisinin əfsanəvi hücumçusu Pele ölkəsinin Qətərdəki dünya çempionatında Cənubi Koreyaya qarşı keçirəcəyi 1/8 final oyununu müalicə aldığı xəstəxanada izləyəcək.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə veteran hücumçu özünün sosial şəbəkə hesabında paylaşım edib.
O, vacib görüşdən öncə futbolçulara uğurlar arzulayıb: "Hər birinizə azarkeşlik edəcəyəm".
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, bağırsaq xərçəngi ilə mübarizə aparan Pelenin vəziyyətinin pisləşdiyi və artıq kimyaterapiyaya cavab vermədiyi bildirilib.