Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Həyat yoldaşımın istirahət mərkəzi var''

''Həyat yoldaşımın istirahət mərkəzi var''

Tarix: 6 Dekabr 2022 14:55

"Mən ailə quranda evimiz yox idi. İkiotaqlı ev almağa pulumuz var idi, amma ala bilmirdik. Ev yox idi və onu almaq üçün 5 il qeydiyatımız olmalıydı. Yoldaşım dedi ki, maşın alım, kirayədə yaşayaq. Böyük oğlum dünyaya gəlmişdi, amma kirayədə yaşayırdım. Sonra ikiotaqlı ev aldıq. Sonra beşotaqlı, onotaqlı ev aldıq".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Bəsti Bəkirova "Elgizlə izlə" proqramında deyib. Müğənni gənclərin ev üçün evlənməməsindən danışıb:

"Oğlanlar 35 yaşa gəlib çatırlar, evi yoxdur deyə, evlənmir. Sonra gedib 20 yaşında qızın qapısını döyür. 45 yaşa çatanda, kim eləsinə qız verəcək?".

Bəkirova Nabranda istirahət mərkəzi olduğunu söyləyib:

"Həyat yoldaşım Nabrandadır. 1987-ci ildən bu yana qədər bir yerdə yaşayırıq.  Onun işi oradadır. Yoldaşım uzun illər yol polisində işləyib. İndi təqaüddədir. Hazırda isə Nabranda böyük istirahət mərkəzimiz var". 

Milli.Az


Etiketlər:  Həyat yoldaşımın istirahət mərkəzi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR