Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti
Tarix: 6 Dekabr 2022 22:32
Çin beynəlxalq ictimaiyyət və humanitar təşkilatları Ukraynaya humanitar yardımı artırmağa çağırıb.
Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Çinin BMT-dəki daimi nümayəndəsi Gen Şuan Təhlükəsizlik Şurasının iclasında deyib.
"Ukrayna xalqı ikiqat problemlə qarşılaşır - müharibə və qış. Bu, humanitar ehtiyacların kəskin böyüməsi və artan elektrik çatışmazlığıdır", - Gen Şuan bildirib.
"Uşaqlar ən həssas qrupdur. Çin humanitar vəziyyətlərdə uşaqların ehtiyaclarını mümkün qədər çox nəzərə almağa çağırır" dedi.
Milli.Az