Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2022 23:54
"Time" jurnalı "Geyşanın xatirələri", "Əyilən pələng", "Gizli əjdaha" və "Hər yerdə, bir anda" filmləri ilə məşhurlaşan malayziyalı aktrisa Mişel Yeonu 2022-ci ilin ikonu seçib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə nəşrin saytında məlumat paylaşılıb.
O, Asiya kinosunda populyar olsa da, 2021-ci ildə ekranlara çıxan "Hər yerdə, bir anda" filminin premyerasından sonra Hollivudda da şöhrət qazanıb.
Qeyd edək ki, Daniel Şaynert və Den Kvanın filmi aktrisaya Oskar qazandıra bilər.