Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zeynəb Xanlarovanın yeni FOTOsu yayıldı

Zeynəb Xanlarovanın yeni FOTOsu yayıldı

Tarix: 7 Dekabr 2022 13:25

Xalq artisti Zeynəb Xanlarovanın yeni fotosu yayılıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, şəkli stilist Rəşad Əliyev paylaşıb. 

Rəşad fotoya "İnsan sevdiklərini vəsf edə bilmir: ancaq dünən, bugün və sabah da tarixin əfsanəsini necə vəsv etməyim? SSR-i Xalq artisti, dünya şöhrətli, dünyanın Zeynəbi. Dünya da Zeynəbi çox sevir, bu, gerçəkdir. Uşaqlığımı onunla xatırlayıram. Gəncliyimin, bugünümün yeganə real varlığıdır. Düşünürəm ki, o, həyatımda olmasa, mən də yalan olaram. Allah sizə can sağlığı versin. Uzun müddətdən sonra canlı əfsanə Zeynəb Xanlarovanın yeni rəsmi" deyə, yazıb. 

Qeyd edək ki, Z.Xanlarova uzun müddətdir heç bir tədbirə və televiziya proqramına qatılmır. 

Milli.Az


Etiketlər:  Zeynəb Xanlarovanın yeni FOTOsu yayıldı


RƏYLƏR