Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Santuş Ronaldunu ehtiyatda saxlamasının səbəbini açıqladı

Santuş Ronaldunu ehtiyatda saxlamasının səbəbini açıqladı

Tarix: 7 Dekabr 2022 14:44

Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş dünya çempionatının 1/8 final mərhələsində İsveçrəyə 6:1 hesabı ilə qalib gəldikləri matçdan danışıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis komandasının çıxışını tərifləyib:

"Futbolçularımı təbrik edirəm, çünki çox yaxşı oynadılar. Bu cür qalibiyyətdən sonra göydən yerə enməli olacaqlar. Qarşıda növbəti matçımız var". 

Santuş komandanın ulduzu və kapitanı Kriştianu Ronaldunu start heyətdə meydana buraxmamasına bu cür aydınlıq gətirib: "Ronaldunun meydanda olmaması taktiki atılmış addım idi. O, peşəkar futbolçudur və hər şeyi doğru qəbul edir. Aramızda heç bir problem yoxdur. Ronaldunun yığmada olması hər kəs üçün vacibdir. Mən onu 19 yaşından tanıyıram. Onunla insan və məşqçi-oyunçu kimi münasibətləri qarışdırmırıq". 

Milli.Az


Etiketlər:  Santuş Ronaldunu ehtiyatda saxlamasının səbəbini açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ