Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstandan Azərbaycana qanunsuz yolla keçirilən spirtli içkilər aşkarlanıb

Gürcüstandan Azərbaycana qanunsuz yolla keçirilən spirtli içkilər aşkarlanıb

Tarix: 8 Oktyabr 2019 15:18

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedez Benz Viano" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda - qapı örtüyünün iç hissəsindən üzərində "Çistıe Rosı" yazılan 11 ədəd 700 ml-lik spirtli içki aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Gürcüstandan Azərbaycana qanunsuz yolla keçirilən spirtli içkilər aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ