Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avqustda Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 20 milyon dollardan çox artıb

Avqustda Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 20 milyon dollardan çox artıb

Tarix: 8 Oktyabr 2019 15:51

Bakı. Rufiz Hafizoğlu - Trend:

2019-cu ilin avqustunda Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 20,516 milyon dollar artaraq 163,885 milyon dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Avqust ayında Türkiyədən Azərbaycana ixrac 138,423 milyon dollar, Azərbaycandan idxal isə 25,462 milyon dollara bərabər olub.

İki ölkə arasında bu ilin yanvar-avqust aylarında ticarət dövriyyəsi 15,432 milyon dollar artaraq 1,250 milyard dollar təşkil edib.

Qeyd edək ki, avqust ayında Türkiyənin xarici ticarət dövriyyəsi 28,6 milyard dollara bərabər olub.


Etiketlər:  Avqustda Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 20 milyon dollardan çox artıb


RƏYLƏR