Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2022 11:40
Rusiya və Belarus idmançılarının 2024-cü il Olimpiya Oyunlarına buraxılmasını zəruri hesab edən Fransa Prezidenti Emmanuel Makronun mövqeyi iyrəncdir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Tvitterdə yazıb.
"Rusiya fevral ayından bəri 184 ukraynalı idmançını öldürüb. İndi də Bax (Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax - red.) Emmanuel Makrondan sitat gətirir ki, guya "idmanı siyasiləşdirmək olmaz", Ukrayna, Rusiya və Belarus idmançılarına eyni münasibət göstərilməlidir. Müharibə cinayətlərinə haqq qazandırmaq üçün idmandan istifadə iyrəncdir", - nazir bildirib.
Qeyd edək ki, "Paris-2024" Olimpiya Oyunlarının 2024-cü il 26 iyul-11 avqust aralığında keçirilməsi planlaşdırılır.