Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pelenin vəziyyəti açıqlandı

Pelenin vəziyyəti açıqlandı

Tarix: 12 Dekabr 2022 22:08

Əfsanəvi futbolçu Pelenin həkimləri xəstəxanaya yerləşdirilən braziliyalının səhhətinin yaxşılaşdığını bildiriblər.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda üçqat dünya çempionunun müalicə olunduğu klinika bəyanat yayıb.

"Xəstənin vəziyyəti getdikcə yaxşılaşır, lakin onun nə vaxt evə buraxıla biləcəyini hələlik proqnozlaşdırmaq mümkün deyil".

Qeyd edək ki, Pele ürək çatışmazlığı səbəbindən noyabrın sonunda xəstəxanaya yerləşdirilmişdi. Media keçmiş braziliyalı hücumçunun bağırsaq xərçəngi ilə mübarizədə bədəni artıq kimyaterapiyaya cavab vermədiyi üçün palliativ müalicə şöbəsinə köçürüldüyünü bildirib. Lakin futbolçunun qızları Keli və Flaviya bu xəbərləri təkzib edərək atalarının xəstəxanaya yerləşdirilməsinə səbəb koronavirus olduğunu bildiriblər.

Milli.Az


Etiketlər:  Pelenin vəziyyəti açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ