Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2022 07:36
Azərbaycanda fəaliyət göstərən "İSHİ inşaat" şirkətinin baş direktoru Halil İbrahim Karaçelikin ölkədən çıxışına qadağa qoyula bilər.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu iddia ilə Dövlət Vergi Xidməti Kommersiya Məhkəməsinə müraciət edib.
Hazırda şirkətin 3852.50 AZN veri borcu mövcuddur. Dekabrın 22-də keçiriləcək prosesə hakim Zeynəb Axundova sədrlik edəcək.
Qeyd edək ki, Halil İbrahim Karaçelik 1992-ci ildə Bakıya gələrək Memarlıq və İnşaat Universitetində təhsil alıb. Türkiyədə bir sıra böyük şirkətlərdə inşaat layihələrinin rəhbəri kimi çalışıb, 2010-cu ildə isə öz şirkətini qurub.