Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərxoş halda təcili tibbi yardım maşını ilə qəza törətdi - Ölən var - FOTO

Sərxoş halda təcili tibbi yardım maşını ilə qəza törətdi - Ölən var - FOTO

Tarix: 14 Dekabr 2022 10:12

Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib.

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, dünən saat 21 radələrində Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin sürücüsü İlkin Yusif oğlu Vəliyev idarə etdiyi xidməti avtomobillə piyadanı vurub. Nəticədə piyada, rayonun Qaraqaşlı kənd sakini Bəkirov Natiq İlyaz oğlu hadisə yerində ölüb.

İlkin araşdırmalar zamanı təcili tibbi yardım maşınının sürücüsünün hadisə vaxtı sərxoş halda olması müəyyən edilib.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.


Etiketlər:  Sərxoş halda təcili tibbi yardım maşını ilə qəza törətdi Ölən FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ