Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2019 09:33
Bakı. Trend:
Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci yerdə qərarlaşıb.
Trend-in məlumatına görə, Azərbaycan Ümumdünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlılıq reytinqində 11 pillə irəliləyib.
Sinqapurun başçılıq etdiyi reytinq siyahısında Ermənistan 69-cu yerdədir.
Ümumilikdə reytinqdə 12 mövqe əks olunub. "İnstitutlar" mövqeyində Azərbaycan 49, "İnfrastruktur" mövqeyində 38, "Məhsul bazarı"nda 23, "Əmək bazarı"nda 21, "Biznesin dinamikliyi" mövqeyində isə 23-cü yeri tutub.
xəbər yenilənəcək
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin