Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daha 115 nəfər COVID-19-a yoluxub

Daha 115 nəfər COVID-19-a yoluxub

Tarix: 15 Dekabr 2022 16:40

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 825 150 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 695 nəfər müalicə olunaraq sağalıb, 9 989 nəfər vəfat edib, aktiv xəstə sayı 466 nəfərdir.

Ölkədə son sutka ərzində 1 834, hazırkı dövrədək isə 7 401 826 test aparılıb.

Milli.Az


Etiketlər:  Daha 115 nəfər COVID 19 a yoluxub


RƏYLƏR