Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2022 23:40
Futbol üzrə Argentina milli komandasının kapitanı Lionel Messi dekabrın 15-də Qətərdə fransalılarla dünya çempionatının final oyununa hazırlıq məqsədilə keçirilən millinin məşqini buraxıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, xorvatlarla yarımfinal oyununda hücumçunun sol bud nahiyəsində problem yaranıb. Bu zədənin futbolçunun məşqə çıxmamasına səbəb olub-olmadığı hələlik məlum deyil, amma nəşrin məlumatına görə, Messi finalda iştirak edə biləcək.
Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatının Argentina- Fransa final oyunu dekabrın 18-də keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.