Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2022 17:32
Dünyaca məşhur repçi Dreyk maraqlı addımı ilə gündəmə gəlib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi uğursuz alınan münasibətlərindən saxladığı 42 brilyant nişan üzüklərindən boyunbağı hazırlatdırıb.
Zinət əşyasını hazırlayan Aleks Moss boyunbağıya "Əvvəlki nişanlar" adını verdiklərini açıqlayıb.
351 əyyardan hazırlanan boyunbağı ağ qızılla örtülüb. Onun dəyəri isə 12.5 milyon dollardır (təxminən 21 milyon 250 min manat).