Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alman BMP-lərində ciddi problem aşkarlandı

Alman BMP-lərində ciddi problem aşkarlandı

Tarix: 18 Dekabr 2022 21:18

Almaniyada təlimlərdə istifadə edilən "Puma" piyada döyüş maşınlarında (BMP) ciddi problem aşkarlanıb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki,ölkədə "Puma" piyada döyüş maşınları və "Leopard" tanklarından istifadə etməklə təlimlər başlayıb. Səkkiz günlük təlimdə 18 PDM-in hamısının əməliyyat hazırlığı sıfıra enib. Eyni zamanda, tanklarda belə problemlər müşahidə edilməyib.

Nəşr bildirib ki, BMP-lərdə yaranan ciddi nasazlıq 10-cu Tank Diviziyasının komandiri tərəfindən rəhbərliyə göndərilən məktubda da göstərilib. Qeyd olunub ki, problemlərin əksəriyyəti elektronikada qeydə alınıb, hətta bir BMP-də kabel yanıb.

Nəşr əlavə edib ki, bu yolla NATO-nun çevik reaksiya qüvvələri "Puma" piyada döyüş maşınları deyil, daha köhnəlmiş, lakin etibarlı "Marder" piyada döyüş maşınları əldə edəcək.


Etiketlər:  Alman lərində ciddi problem aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ