Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saakaşviliyə dəstək aksiyası keçirildi

Saakaşviliyə dəstək aksiyası keçirildi

Tarix: 18 Dekabr 2022 21:18

Gürcüstanda sabiq Prezident Mixail Saakaşviliyə növbəti dəstək aksiyası keçirilib.

Milli.Az axar.az-a istinadən bildirir ki,aksiya Gürcüstanın Gürcü Arzusu Partiyasının qurucusu, ölkənin sabiq baş naziri Bidzina İvanişvilinin evinin qarşısında keçirilib.

Mitinqdə Vahid Milli Hərəkat Partiyasının üzvləri və tərəfdarları iştirak edib.

Aksiya iştirakçıları bildiriblər ki, bugünkü hərəkətlə onlar Bidzina İvanişviliyə konkret mesaj veriblər:

"Məhkəmə Saakaşvilini ən pis vəziyyətdə həbsxanada saxlasa, bu, onun üçün ölüm hökmü olacaq. Bu halda Bidzina İvanişvilinin evləri etirazın mərkəzinə çevriləcək. Aksiyalar intensiv hal alacaq".

Qeyd edək ki, növbəti mitinq dekabrın 22-nə planlaşdırılır.

Milli.Az


Etiketlər:  Saakaşviliyə dəstək aksiyası keçirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ