Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada magistral qaz kəmərində güclü partlayış - Ölənlər var - VİDEO

Rusiyada magistral qaz kəmərində güclü partlayış - Ölənlər var - VİDEO

Tarix: 20 Dekabr 2022 17:42

17:30

Rusiyanın Çuvaşiya Respublikasının Vurnar rayonunda qaz kəmərində baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

"Report" Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə rayonun başçısı bildirib.

Məlumata görə, Urenqoy-Pomar-Ujqorod qaz kəmərinin Çuvaşiya ərazisindən keçən hissəsində baş verən partlayış nəticəsində əmələ gələn zədəni azı 3 sutkaya təmir etmək mümkün olacaq.

-------

16:00

Rusiyanın Çuvaşiya Respublikasında Urenqoy - Pomarı - Ujqorod magistral qaz kəmərində partlayış baş verib.

Milli.Az qafqazinfoya istinadən xəbər verir ki, partlayış Çuvaşiyada Kalinino və Yambaxtino kəndləri arasında qaz kəmərində qeydə alınıb. 

İlkin məlumata görə, hadisəyə səbəb qaz sızması olub. 

Bildirilir ki, xəsarət alan olmayıb.

Milli.Az


Etiketlər:  Rusiyada magistral qaz kəmərində güclü partlayış Ölənlər var VİDEO


RƏYLƏR