Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 11 faiz artıb - Nazir (FOTO)

Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 11 faiz artıb - Nazir (FOTO)

Tarix: 9 Oktyabr 2019 16:06

Bakı. Trend:

Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclası keçirilib.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasdan əvvəl Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın Energetika naziri Kanat Bozumbayev arasında ikitərəfli görüş olub.

Görüşdə Azərbaycan-Qazaxıstan münasibətlərinin bütün sahələr üzrə uğurlu inkişafının qarşılıqlı dəstək və birgə təşəbbüslərlə səciyyələndiyi qeyd olunub. Hökumətlərarası Komissiya çərçivəsində görülən işlərin əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcəyi bildirilib.

Sonra iclas işini hər iki ölkənin energetika nazirlərinin həmsədrliyi və nümayəndə heyətlərinin iştirakı ilə davam etdirib.

İclasda çıxış edən Energetika naziri, Komissiyanın həmsədri Pərviz Şahbazov deyib ki, Azərbaycanla Qazaxıstan dost və qardaş ölkələr olmaqla bərabər, strateji tərəfdaşdırlar. Hər iki ölkənin liderləri - Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən təməli qoyulan bu münasibətləri bu gün Azərbaycan və Qazaxıstanın prezidentləri İlham Əliyev və Kasım-Jomart Tokayev uğurla inkişaf etdirir. Nazir, həmçinin bildirib ki, iki il əvvəl imzalanmış yol xəritəsinin ticari-iqtisadi əlaqələrin davamlı genişləndirilməsi və ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması hədəfi üzrə mühüm addımlar atılır: “İki ölkə arasında ötən il ticarət dövriyyəsi 55,4% artaraq, təxminən, 221 milyon ABŞ dollarına yaxın olub. 2018-ci ildə ixrac 36,1%, idxal isə 61,5% artıb. Cari ilin 8 ayı ərzində də ticarət dövriyyəsinin həcmidə 11% artım müşahidə olunur. İlin sonunadək Nur-Sultan şəhərində açılacaq Azərbaycan Ticarət Evi daha çox məhsul ixracına imkan yaradacaq. Həm energetika, nəqliyyat, kənd təsərrüfatı, həm də digər sahələrdə əməkdaşlığımız və qarşıya qoyulan məqsədlər ölkələrimizin inkişafına töhfə verəcəkdir”, deyə nazir əlavə edib.

Qazaxıstanın Energetika naziri, Komissiyanın həmsədri Kanat Bozumbayev də çıxışında ölkələrarası yüksəksəviyyəli əməkdaşlığı təmin edən məsələlərdən, Hökumətlərarası Komissiyanın fəaliyyətinin, bugünkü iclasın münasibətlərin daha da inkişafına töhfələrindən bəhs edib.

İclasda ticarət-iqtisadi, yanacaq-energetika, nəqliyyat, logistika, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və qida təhlükəsizliyi, əmək və əhalinin sosial müdafiəsi, miqrasiya, səhiyyə, mədəniyyət, turizm, təhsil, ətraf mühitin mühafizəsi, gənclər siyasəti, dövlət qulluğu, əqli mülkiyyət sahələrində mövcud vəziyyət və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib. Hər iki ölkədə istehsal olunan məhsullar, investisya layihələri barədə, eləcə də Azərbaycan şirkətlərinin Qazaxıstanda həyata keçirilən infrastruktur layihələrində və digər istehsal sahələrində iştirakının təmin edilməsi üçün qarşılıqlı məlumat mübadiləsinin aparılması tövsiyə edilib. Azərbaycanın sənaye parkının məhsullarının Qazaxıstan bazarına çıxarılması, eləcə də qazax şirkətlərinin ölkəmizdə birgə müəssisələrin yaradılmasına cəlb edilməsi, neft və neft məhsullarının ticarətinin genişləndirilməsi, Qazaxıstanın mayeləşdirilmiş qazının tranziti üzrə işlərin davam etdirilməsi və müvafiq işçi qrupunun ikinci iclasının gələn ilin birinci yarısında keçirilməsi, bərpa olunan enerji, enerji səmərəliliyi üzrə əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi razılaşdırılıb.

İclasda, həmçinin nəqliyyat sahəsində əməkdaşlığa da geniş toxunulub. Azərbaycan və Qazaxıstan ərazisindən keçən Transxəzər beynəlxalq nəqliyyat rutunun rəqabət qabiliyyətinin artırılması və bu marşruta beynəlxalq yükdaşımaların cəlb edilməsi üçün işlərin davam etdirilməsi qərara alınıb. Cari ildən Aktau-Bakı istiqamətində fider gəmisinin (konteyner daşıyan gəmi) reysə buraxılması müsbət məqam kimi qeyd olunub. Eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yüklərin daşınmasına Qazaxıstan tərəfindən böyük maraq ifadə edilib.

Bundan başqa, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün konkret istiqamətlər üzrə birgə tədbirlər müyyənləşdirilib.

Sonda ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi hökumətlərarası komissiyanın həmsədrləri - Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın Energetika naziri Kanat Bozumbayev imzalayıblar. Komissiyanın 17-ci iclasının 2020-ci ildə Nur-Sultanda keçirilməsi razılaşdırılıb.

Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 11 faiz artıb - Nazir (FOTO) Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 11 faiz artıb - Nazir (FOTO) Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 11 faiz artıb - Nazir (FOTO) Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 11 faiz artıb - Nazir (FOTO) Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 11 faiz artıb - Nazir (FOTO) Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 11 faiz artıb - Nazir (FOTO)


Etiketlər:  Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 11 faiz artıb Nazir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ