Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2022 23:56
Fransa Ukraynaya "Crotale" reaktiv yaylım atəşi sistemləri və hava hücumundan müdafiə sistemləri təhvil verib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Fransa Prezidenti Emmanuel Makron məlumat verib.
"Son günlərdə Fransa artıq gördüyümüz işlərdən əlavə, əlavə silahlar, reaktiv yaylım atəşi sistemləri, "Crotale" və avadanlıqlar tədarük edib", - dövlət başçısı bildirib.
O, həmçinin Fransa Silahlı Qüvvələrinin naziri Sebastien Lecornu ilə 2023-cü ilin birinci rübündə planlaşdırılan yeni silah və sursat tədarükü ilə bağlı müzakirələr apardığını bildirib.