Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2022 07:24
Həkimlər Gürcüstanın həbsdə olan keçmiş Prezidenti Mixail Saakaşvilinin müalicə üçün xaricə göndərilməsinin vacib olduğunu qeyd ediblər.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, sabiq prezidentin səhətinin pisləşməsinə səbəb həbs olunmasına etiraz əlaməti olaraq aclıq aksiyası keçirməsidir.
Həkimlər qeyd ediblər ki, Saakaşviliyə xaricdə tətbiq edilən əhəmiyyətli tibbi yardım göstərilməlidir.
Həmçinin, tibbi heyət vurğulayıb ki, o, qərb müalicə müəssisəsinə köçürülmədiyi üçün hazırda həyatı təhlükə altındadır.
Buna səbəb isə Saakaşvilinin Gürcüstanda həyata keçirilməsi mümkün olmayan dörd böyük əməliyyata ehtiyacının olmasıdır.