Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dələduzluq edən Banqladeş vətəndaşı Bakıda aeroportda saxlanıldı

Dələduzluq edən Banqladeş vətəndaşı  Bakıda aeroportda saxlanıldı

Tarix: 22 Dekabr 2022 10:56

"Azərbaycan Hava Yolları"nın Təhlükəsizlik İdarəsinin əməkdaşları Heydər Əliyev Beynəlxalq Aeroportunda 22 dekabr 01:05 radələrində keçirdikləri xüsusi baxış zamanı Banqladeş vətəndaşı İslam Md Shahidul adlı şəxsi saxlayıblar.

Sonxeber.net bu barədə hava limanının mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, baxış zamanı onun üzərindən 20 ədəd Banqladeş pasportu və 2 möhür aşkarlanıb. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, həmin şəxs həmyerlilərini iş vədi ilə aldadaraq müəyyən pul müqabilində onları Avropa ölkələrindən birinə göndərəcəyi adı ilə Azərbaycan Respublikasına gətirmişdir. Habelə pasportlara baxış keçirən zaman Serbiya Respublikasının saxta vizaları da aşkar edilmişdir. Təhlükəsizlik əməkdaşları sayəsində həmin şəxs aşkarlanmış və Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilmişdir.


Etiketlər:  Dələduzluq edən Banqladeş vətəndaşı Bakıda aeroportda saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ