Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2022 19:08
Dünya çempionatının finalından sonra icazəsiz meydana çıxan tanınmış türkiyəli aşpaz Nüsret Gökçe FİFA-nın hədəfinə tuş gəlib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, təşkilat onun Qətərdəki davranışı səbəbindən araşdırma başladıb.
Qeyd edək ki, futbol üzrə dünya çempionatının keçirildiyi ölkədə restorana sahib Nüsret Argentina - Fransa finalından sonra meydançaya daxil olaraq futbolçular və Dünya Kuboku ilə foto və videolar çəkdirərək sosial şəbəkə səhifəsində yayıb.
FIFA aşpazın meydançaya necə daxil olmasını araşdırmaq niyyətindədir.