Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2022 13:42
Bir neçə gün öncə Xalq artisti Şəfiqə Məmmədovanın yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri seçilməsi ilə bağlı mətbuatda xəbərlər yayılmışdı.
Sonxeber.net xəbər verir ki, bu xəbərdən sonra ARKİ üzvləri arasında gərginlik yaşandığı bildirilir.
Məlum olub ki, Şəfiqə Məmmədovanın sədr seçildiyi gün ARKİ-nin hər hansı qurultayı baş tutmayıb. Bu səbəbdən də ARKİ üzvləri Xalq artistinin özü-özünü sədr elan etdiyini bildiriblər.