Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Android istifadəçilərinin məlumatları oğurlana bilər

Android istifadəçilərinin məlumatları oğurlana bilər

Tarix: 25 Dekabr 2022 09:56

Mütəxəssislər Android əməliyyat sistemi əsasında işləyən smartfonların təhlükəsizlik sistemində boşluq aşkar edib.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu boşluq sayəsində hakerlər cihazlara zərərli proqramlar yeridə bilər.

İlk növbədə, təhlükə "Samsung", "LG" və "Xiaomi" smartfonlarının sahiblərini gözləyir.

Bu problemlərin səbəbi Android əməliyyat sistemli telefonların qanuniliyini müəyyən edən platforma sertifikatları ilə bağlıdır. Həmin sertifikatlar satıcıların satış zamanı imzaladığı ərizələrdir. 

Mütəxəssilər bu sertifikatların başqa insanların əlinə keçdiyini bildirib.

Bu da Android istifadəçilərinin şəxsi məlumatlarının asanlıqla ələ keçirilə biləcəyini göstərir.


Etiketlər:  Android istifadəçilərinin məlumatları oğurlana bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ