Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Parisdə şiddətli toqquşmalar olub

Parisdə şiddətli toqquşmalar olub

Tarix: 25 Dekabr 2022 21:10

Fransanın paytaxtı Parisdə etirazçılarla polis arasında şiddətli toqquşmalar olub.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, ötən gün Parisdə bir nəfər kişi odlu silahdan atəş açaraq üç nəfəri öldürüb, daha üç nəfəri yaralayıb. Ölənlərin kürdəsilli şəxslər olduğu bildirilib.

Nümayişçilər hüquq-mühafizə orqanlarının yaratmaz fəaliyyətinə və cinayətkarlıqla mübarizəyə lazımi diqqət ayırmamasına hiddətləniblər.

İğtişaşlar zamanı 11 nəfər saxlanılıb.

Paris şəhərinin hüquq mühafizə orqanlarının məlumatına görə, etirazçılarla toqquşma zamanı 31 polis əməkdaşı yaralanıb.

Qeyd olunur ki, iğtişaşlar zamanı bir neçə avtomobil yandırılıb, bir neçə mağazanın şüşələri sındırılıb.


Etiketlər:  Parisdə şiddətli toqquşmalar olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ