Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şaxta babanın xəz paltosu və əsası oğurlandı

Şaxta babanın xəz paltosu və əsası oğurlandı

Tarix: 26 Dekabr 2022 09:10

Sankt-Peterburqda naməlum şəxs Şaxta baba obrazını canlandıran aktyorun avtomobilindən kostyum və əsasını oğurlayıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, aktyor hüquq-mühafizə orqanlarına müraciət edib.

Zərərçəkmiş bildirib ki, işə gedərkən ərzaq mağazasında dayanıb. Ərzaq almaq bir neçə dəqiqə çəkib, lakin qayıdandan sonra Şaxta babanın kostyumunun və əsasının maşında olmadığını görüb.

Hüquq-mühafizə orqanları hazırda şübhəliləri müəyyənləşdirir və itmiş əşyaları axtarırlar.


Etiketlər:  Şaxta babanın xəz paltosu əsası oğurlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ