Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsxak Hersoq: Möhtəşəm ölkə olan Azərbaycan regional liderdir

İsxak Hersoq: Möhtəşəm ölkə olan Azərbaycan regional liderdir

Tarix: 26 Dekabr 2022 20:21

Azərbaycanın illər boyu qoruyub saxladığı adət-ənənə və dəyərlərə heyranam. Azərbaycan müsəlman dünyasında yaranan ilk demokratik respublikadır və möhtəşəm ölkəniz regional liderdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

Məktubda deyilir: "Azərbaycanda müxtəlif dinlərə və mədəniyyətlərə mənsub olan vətəndaşların harmoniya və qarşılıqlı hörmət şəraitində birgəyaşayışı məni xüsusilə heyran edir. Ölkəniz bütün dinlərin nümayəndələrinin sülh və əməkdaşlıq şəraitində birgə yaşamasının dünyaya parlaq nümunəsidir. Novruz, Hanuka, Milad və Yeni il bayramlarının qeyd olunması bu inklüzivliyə və anlaşmaya sadiqliyin sübutudur".

İsrail Dövlətinin Prezidenti məktubunda Prezident İlham Əliyev tərəfindən Azərbaycandakı yəhudi icmasına göstərilən dəstəyə görə minnətdarlığını ifadə edərək vurğulayıb: "Siz İsrail Dövlətinin və yəhudi xalqının dostusunuz, biz Azərbaycanın səfirliyinin açılmasını və İsrailə səfərinizi səmimi münasibətlərimizin daha da möhkəmlənməsi baxımından səbirsizliklə gözləyirik".

Milli.Az


Etiketlər:  İsxak Hersoq Möhtəşəm ölkə olan Azərbaycan regional liderdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ