Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Noyabrda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan komissiyasının iclası keçiriləcək

Noyabrda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan komissiyasının iclası keçiriləcək

Tarix: 10 Oktyabr 2019 11:42

Bakı. Tamilla Məmmədova - Trend:

Bu ilin noyabrında iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan komissiyasının iclası keçiriləcək.

Trend-in məlumatına görə, bunu Azərbaycana səfərinin yekunlarından danışan Gürcüstan Baş naziri Georgi Qaxariya deyib.

O, Azərbaycanla Gürcüstan arasındakı tərəfdaşlığı vurğulayıb:

“Bildiyiniz kimi, ölkələrimiz arasında əməkdaşlıq təkcə ikitərəfli deyil, həm də regional xarakter daşıyır”.

G.Qaxariyanın sözlərinə görə, ölkələr arasında konkret addımlar planlaşdırılıb və noyabr ayında iqtisadi əməkdaşlıq komissiyasının iclası keçiriləcək:

“Bu komissiyanın iclası son 10 ildə keçirilməyib. Bu tədbir iqtisadi əməkdaşlığımızın genişləndirilməsi və təkmilləşməsi üçün fundamental və səmərəli vasitədir”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Noyabrda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan Gürcüstan komissiyasının iclası keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ