Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2022 17:45
"Həmin günü tam xatırlamıram, amma 2-ci və ya 3-cü sinifdə oxuyurdum. İl boyu sinif yoldaşlarımın ad günü tədbirləri məndə belə bir fikir oyatdı: Bəs mənim ad günüm niyə olmur? Ad günüm ilin sonunda olduğundan yəqin ki, uşaqlıqda bunu tam anlamamışdım".
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri ötən həftə qız anası olan və bu gün doğum gününü qeyd edən müğənni Sevda Yahyayeva sosial şəbəkədə paylaşdığı postda yazıb.
36 yaşına qədəm qoyan sənətçi məktəb illərinə qayıdaraq, ad günündə olan acı xatirələrini dilə gətirib.
Yahyayeva imkansızlıqdan doğum günündə makaron bişirdiklərini söyləyib.
"Günlərin bir günü, ilk baharın ortalarında yuxudan oyandım və dərsə gələrək "Bu gün mənim ad günümdür" deyərək elan etdim. Hamı məni təbrik etməyə başladı, ən əsası isə hamı məndən ad günü münasibəti ilə evimizə gəlməklərini istədilər. Heç bir şey fikirləşmədən "dərsdən sonra bizdəsiz bə hədiyyələrinizi gözləyəcəyəm" deyərək bildirdim.
Sinif yoldaşlarım bizə gələrək anamı və ailəmi bir az pis duruma saldılar. Anam heç nə anlamadı, ona bu gün mənim ad günümdür söylədim. O, mənə cavabında "Qızım, sənin ad günün yeni ilə yaxın gündədir, hələ aldı aydan çox var" söyləmişdi.
Evdə yeməyə heç nə olmadığından həmin gün sinif yoldaşlarıma sadəcə makaron bişirə bilmişdik. Sinif yoldaşlarımdan birinin dedikləri isə hələ də qulağımdadır.
"Sevda, sən ad günü süfrəsi açmamısan, yalnız makaron bişirmisən bizlərə, ona görə də sənə hədiyyəmi verə bilməyəcəm. Yəqin ki, bu hadisədən sonra mən öz ad günümü daha çox sevməyə və səbrsizliklə gözləməyə başladım", - deyə Sevda vurğulayıb.
Qeyd edək ki, dekabrın 19-da Sevda dünyaya Ayla adında qızını dünyaya gətirib. S.Yahyayeva ilə Zakir Bayramov ötən il ailə qurub. Zakir özəl klinikaların birində genetik-laborant olaraq çalışır.