Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranla sərhəddə 2 nəfər tutulub, 6 kq narkotik və silah götürülüb - FOTO

İranla sərhəddə 2 nəfər tutulub, 6 kq narkotik və silah götürülüb - FOTO

Tarix: 30 Dekabr 2022 12:26

Dekabr ayının 28-də saat 21:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Füzuli rayonunun Birinci Mahmudlu kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Balışov Elmir Əziz oğlu və Xaçmaz rayon sakini 1988-ci il təvəllüdlü Bayramov Cəlal Akif oğlu saxlanılıblar.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Milli.Az-a verilən məlumata görə, saxlanılan şəxslərin üzərinə baxış zamanı 6 kiloqram 200 qram narkotik vasitə (5 kq 700 qram "marixuana", 500 qram "metamfetamin" və 980 ədəd "metadon M-40" həbləri), 1 ədəd Türkiyə istehsalı olan "Hatsan" tir tüfəngi və ona məxsus 264 ədəd qırmaaşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az


Etiketlər:  İranla sərhəddə 2 nəfər tutulub 6 kq narkotik silah götürülüb FOTO


RƏYLƏR