Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aslan onu sığallayan kişini dişlədi - VİDEO

Aslan onu sığallayan kişini dişlədi - VİDEO

Tarix: 31 Dekabr 2022 03:24

Hindistan zooparkında şir onu sığallamaq üçün əlini qəfəsə salan kişini dişləyib.

Sonxeber.net bildirir ki, bu barədə NDTV məlumat yayıb.

Bir qrup kişi aslanlar olan qəfəsə yaxınlaşıb və ziyarətçilərdən biri yırtıcı heyvanın kürəyini sığallamağa başlayıb. Aslan müqavimət göstərmədiyi üçün başqa bir adam ikinci yırtıcının başına toxunmağa çalışıb. Birdən şir kişinin qolundan tutub.

Hadisə videoya çəkilib. Kadrlarda zoopark ziyarətçisinin ağrıdan qışqıraraq əlini aslanın ağzından çəkdiyi görünüb. Yırtıcı hönkürməyə başlayıb və kişilər təşviş içində qəfəsdən uzaqlaşıblar.

Video internetdə 50 mindən çox baxış toplayıb. Bir çox istifadəçi heyvanı narahat etdiyinə görə kişini qınayıb. "Bu ev pişiyi deyil. Cahil", - şərhçilərdən biri yazıb. Bəziləri yazıb ki, adam belə bir cəzaya layiqdir. İstifadəçilərin fikrincə, bu, vəhşi heyvanlara yaxınlaşmağın nə qədər təhlükəli olduğunu xatırladıb.

İrfan Vəliyev


Etiketlər:  Aslan sığallayan kişini dişlədi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ