Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hacıbəyovun heykəlinə ayaqqabı atan şəxs axtarılır

Hacıbəyovun heykəlinə ayaqqabı atan şəxs axtarılır

Tarix: 3 Yanvar 2023 08:12

Dahi bəstəkar Üzeyir Hacıbəyovun Bakı şəhəri Nəsimi rayonunda yerləşən heykəlinin üzərinə yad cisim atılması əks olunan görüntülər yayılıb.

Görüntülərdə hələlik şəxsiyyəti məlum olmayan iki gənc əks olunub. Onlardan biri zarafat zamanı digərinin ayaqqabısını heykəlin üzərinə atıb.

Məsələ ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev sözlərinə görə, yayılan görüntülərlə bağlı araşdırma aparılır, nəticəsi barədə əlavə məlumat veriləcək.

Milli.Az


Etiketlər:  Hacıbəyovun heykəlinə ayaqqabı atan şəxs axtarılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ