Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2019 18:56
Argentina ilə yoxlama matçında (2:2) hesabı açan Almaniya millisinin üzvü Qnabri yeni rekorda imza atıb.
Qol.az xəbər verir ki, hücumçu Almaniya yığmasında son 11 oyunda 10 qol vurub.
“Bavariya”nın futbolçusu yığma tarixində 10 qol səddinə ən tez çatan futbolçu adını qazanıb.
Qnabri, eyni zamanda, ardıcıl 4 oyundur ki, yığmada fərqlənir. Bunu sonuncu dəfə Məsut Özil bacarmışdı. Türk əsilli almaniyalı yarımmüdafiəçi 2012-ci ildə ardıcıl 4 oyunda qol vura bilmişdi.