Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2023 21:12
Rusiya prezidenti Vladimir Putin Ukraynada gedən müharibədə həlak olan rus əsgərlərinin ailələrinə 5 milyon rubl yardım edilməsi barədə qərar imzalayıb.
Sonxeber.net qaynarinfo-ya istinadən xəbər verir ki, Putinin imzaladığı, Rusiya əsgərləri, təhlükəsizlik qüvvələri və onların ailələri üçün əlavə sosial təminatları özündə əks etdirən qərar " Rusiya Dövlət Qanunu İnformasiyası" saytında dərc edilib.
Qərara əsasən, "xüsusi hərbi əməliyyat" zamanı həyatını itirən hərbçilərin, Daxili İşlər Nazirliyinin və Rusiya Milli Qvardiyasının əməkdaşlarının ailələrinə 5 milyon rubl (təxminən 71,5 min dollar) birdəfəlik ödəmə veriləcək.
Bundan əlavə, sözügedən şəxslərə xəsarət, travma və ya şok keçirmələri halında 3 milyon rubl (təxminən 42 min 900 dollar) ödəniləcək.
İmzalandığı tarixdən qüvvəyə minən qərar 24 fevral 2022-ci il tarixindən etibarən həyatını itirən və yaralanan əsgərlərin ailələrini əhatə edəcək.