Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2023 07:16
Ötən il Dövlət Proqramı çərçivəsində 353 nəfər xaricdə təhsil almaq hüququna malik olub.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində 2022-ci ildə keçirilən müsabiqələr nəticəsində 15 prioritet ixtisas istiqaməti üzrə dünyanın 18 ölkəsinə aid 111 ali təhsil müəssisəsində 80 nəfər bakalavriat, 273 nəfər isə magistratura səviyyəsində təhsil almaq hüququ qazanıb.