Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi kubok matçında oynamayacaq

Messi kubok matçında oynamayacaq

Tarix: 6 Yanvar 2023 17:28

PSJ-nin futbolçusu Lionel Messi Fransa kubokunun 1/32 final mərhələsində oynamayacaq.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu Paris təmsilçisinin baş məşqçisi Kristof Qaltye açıqlayıb.

O bildirib ki, argentinalı ulduz "Şatoru" ilə bugünkü matçda iştirak etməyəcək: "Lionel "Şatoru"ya qarşı görüşdə meydana çıxmayacaq. Biz bunu onun özü ilə müzakirə etdik. Biz onun növbəti matça hazırlaşmasını istəyirik".

Qeyd edək ki, "Şatoru"ya qarşı görüşdə Kilian Mbappe, Neymar, Əşrəf Hakimi və Marko Verratti də forma geyinməyəcək. PSJ növbəti matçını Liqa1-də "Anje"yə qarşı keçirəcək.

Milli.Az


Etiketlər:  Messi kubok matçında oynamayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ