Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2023 07:16
Braziliyanın "Koritiba" klubu Kadi Borgesin "Qarabağ"dan "Krasnodar"a transferindən pul qazanacaq.
FİFA-nın həmrəylik mexanizminə əsasən, 12 yaşdan 23 yaşadək futbolçunun yetişdirilməsinə cavabdeh olan klub futbolçunun bir sonrakı transferindən ümumi məbləğin 5 faizinə qədərini almalıdır. Braziliyalı futbolçunun keçidi üçün "Qarabağ"a 4 milyon 800 min avro ödəniləcək. Bu məbləğin 5 faizi - təqribən 240 min avro "Koritiba"ya çatacaq.
Qeyd edək ki, K.Borges "Krasnodar"la 2026-cı ilin iyununa kimi müqavilə imzalayacaq.