Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2023 10:30
Demet Akalın təyinat gözləyən müəllimlərin etiraz aksiyasına qatılıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçi çıxışı zamanı "Ümid edirəm ki, yuxarılar səsimizi eşidər. Buna görə buradayam", - deyə, bildirib.
Bu vaxt müəllimlərdən biri "Bunu Rəcəb Tayyib Ərdoğanın yanına gedəndə deyərsən", - deyə, qeyd edib.
Demet isə cavab olaraq "Ədəbsizliyə ehtiyac yoxdur. İnsanı gəldiyinə peşman etdirmə" deyərək sərt reaksiya verib.
Sosial şəbəkədə yayılan həmin görüntülər müzakirəyə səbəb olub. İzləyicilərin bəziləri ifaçının haqlı olduğunu bildirdiyi halda, digərləri onun bu reaksiyasını yersiz hesab edib.