Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya XİN təsdiqlədi: Laçın yolu humanitar məqsədlər üçün açıqdır

Rusiya XİN təsdiqlədi: Laçın yolu humanitar məqsədlər üçün açıqdır

Tarix: 12 Yanvar 2023 13:54

Laçın yolu ilə humanitar yardım kolonları keçir.

Bunu cümə axşamı həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiya daxili işlər, müdafiə nazirlikləri və Qarabağdakı sülhməramlı kontingentin komandanlığının xətti ilə de-eskalasiya üçün ardıcıl addımlar atılır: "Bütün tərəflər üçün məqbul həllin tapılması vacibdir. Hal-hazırda Laçın yolundan humanitar yardım kolonu keçir. Bir daha qeyd etmək istəyirik ki, sülhməramlılarımıza qarşı ictimai hücum və təxribatlar qəbuledilməzdir. Sülhməramlılarımız regionda sülhün qarantıdır", deyə Rusiya XİN sözçüsü qeyd edib.


Etiketlər:  Rusiya XİN təsdiqlədi Laçın yolu humanitar məqsədlər üçün açıqdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ