Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2023 18:44
Son günlər havaların həddən artıq şaxtalı keçməsi Qubanın mənbəyini İsmayıllı rayonu ilə sərhəddən-dağlardan alan Ağçayın donmasına səbəb olub.
Sonxeber.net bildirir ki, bu barədə bizim.media-ya Qubanın rayon mərkəzindən 42 km aralıda yerləşən Haputlu kənd sakini Şərəf Hüseynov məlumat verib. Onun sözlərinə görə, kəndə gələn yol Ağçaydan keçdiyindən buzlaşma olanda nəqliyyatın hərəkəti çətinləşir.
Quba İH başçısının Əlik İƏD üzrə nümayəndəsi Mübariz Ağasiyev faktı təsdiqləyərək məlumat verib ki, qış aylarında şaxta çox olanda Ağçay adətən donur:
"Bu, təbii haldır. Bizim Haputlu kəndində DOST xidməti xətti ilə işə götürülmüş iki işçimiz var. Onların və yerli sakinlərin köməyi ilə çayda buzlar qırılaraq avtomaşınların hərəkəti üçün yol açılır".
Mübariz Ağasiyev Haputlu kəndi ərazisində bu günlərdə 15 dərəcədən artıq şaxta olduğunu da diqqətə çatdırıb.